ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü

Bu gün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Babayev Vaqif Əlizad oğlu Zəngilanın Bartaz qəsəbəsi ərazisində minaya düşüb.

Hadisə günorta saatlarında baş verib.

Minaya düşən 1972-ci il təvəllüdlü ANAMA əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir. O, Bakıya xəstəxanaya çatdırılıb. Məlumata görə, Vaqif Babayev ANAMA-da qrup rəhbəridir.

Hüquq-mühafizə orqanlarından «Qafqazinfo”ya faktı təsdiqləyiblər.
 
Mənbə: Qafqazinfo

Bu xəbəri paylaşın: