Spiker Qafarova nazir, icra başçısı və oliqarx məmur övladların parlamentdən QOVDU

Parlamentin rəhbərliyi dəyişəndən bugünədək onlarla nazir, icra başçısı və oliqarx məmur övladları Milli Məclis Aparatından  sərt şəkildə qovulub.


Bu barədə Musavat.com-a Milli Məclisdəki özəl mənbədən məlumat verilib.


Bildirilir ki, hətta buna görə parlamentin spikeri Sahibə Qafarovaya müəyyən təzyiq göstərilib. Lakin o, məmur övladlarına güzəşt etməyib. Ölkə rəhbərliyi MM sədrinin bu qərarlarını dəstəkləyib.


Məlumatda bildirilir ki, bundan əvvəlki rəhbərliyin zamanında Aparatdakı vəzifələrə təyin olunmuş məmur övladlarından kimlər əmək intizamını pozurdusa, sayğısızlıq göstərirdisə, hamısı tutduqları postlarla vidalaşmalı olub.

Bu xəbəri paylaşın: