Biləsuvar rayonunda veteranlar şəhidin il mərasimində iştirak ediblər

Biləsuvar rayonunda şəhid Ziyəddin Ariz oğlu Nəzərovun şəhadətinin il mərasimi keçirilib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin üzvü olan müharibə veteranları mərasimdə iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Qurban Qurbanov bildirib ki, şəhid Ziyəddin Nəzərovun əmisi Vətən müharibəsi qazisi Elsevər Nəzərov AVMVİB Biləsuvar rayon şöbəsinin üzvüdür. Müharibə veteranları şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül qoyaraq dualar etmişlər.

Q. Qurbanov bildirib ki, başqa bir şəhidimiz Babək Süleyman oğlu Mahmudlunun atası, Qoca Qəssab ləqəbli köhnə döyüşçü Süleyman Mahmudovun Spase kanalında vətənpərvərlik mövsuzunda çıxışı olacaq. Şöbə sədri, müharibə veteranlarını televiziyada saat 17:25-də yayınlanacaq bu verilişə baxmağa dəvət edib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: