ABŞ-da ilk dəfə bir qadın prezident səlahiyyətlərini icra edəcək

ABŞ Prezidenti Co Bayden öz səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə təhvil verəcək.

Bayden bu gün tibbi müayinədən (kolonoskopiya) keçəcək. Proses anesteziya üsulu ilə aparılacaq. Səlahiyyətlər də məhz Baydenin anasteziyanın təsiri altında olduğu müddətdə vitse-prezidentə həvalə ediləcək.

Bu Bayden administrasiyasının hakimiyyəti dövründə səlahiyyətlərin vitse-prezidentə təhvil verilməsi ilə bağlı ilk hal olacaq. Bununla yanaşı ABŞ-da ilk dəfə bir qadın prezident səlahiyyətlərini icra edəcək. ABŞ-ın keçmiş Prezidenti Corc Buş üçün də 2002 və 2007-ci illərdə eyni prosedur tətbuiq olunub.

Mənbə: Ölkə.az

Bu xəbəri paylaşın: