Zəngilanlı veteranlar şəhidin il mərasimində iştirak etdilər

Vətən müharibəsi şəhidi Abdullayev Sənan Şahin oğlunun torpağa tapşırılmağından 1 il ötdü.

Tədbir Şəhidlər Xiyabanında şəhidimizin məzarını ziyarətlə başladı.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri və Hərbi Orkestri, Zəngilan rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov, İcra Aparatının işçiləri, rayon hüquq mühafizə orqanlarının əməıkdaşları və idarə rəhbərləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və şöbə üzvləri, Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev və Nərimanov rayon idarə rəhbərləri, Milli Məclisin vitse spikeri Adil Əliyev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

İlk öncə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Dövlət Himni səsləndirildi.

Çıxışlardan sonra şəhidimizin məzarı ziyarət olundu. Tədbir Altun sarayda Zəngilan rayonunun Axundu Hacı Müşviq və İlahiyatçı alim, 1-ci qrup müharibə əlili Hacı Həsənin dini ayələr oxunmasıyla ehsan süfrəsi arxasında davam etdi.

Xatırladım ki Vətən müharibəsi başlayanda Sənan könüllü olaraq döyüşlərə qatılmış və 5 oktyabrda Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhidimizin nəşi 20 noyabr 2021-ci ildə Bakıda Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Allahdan şəhidimizə rəhmət, yaxınlarına baş sağlığı diləyirəm.

Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fedai.az saytının müxbri

Bu xəbəri paylaşın: