
ELBARİZ Məmmədli
Vallah, bu şimal donuzları bizi dolayıb. Yüz illərdi qanımızı içdikləri bəs deyilmiş kimi, indi də deyirlər ki, gəlin xaraba qalmış SSRİ — nin borclarını ödəyək.
Bayaq dinlədiyim məlumatda deyilir ki, keçmiş sovet respublikalarının hökumət nümayəndələri ksovetdən qalan beynəlxalq borcların müzakirəsi üçün toplantı keçiriblər. Yekunda beynəlxalq borcun ödənilməsi ilə bağlı sənədə Azərbaycan, Özbəkistan və Ukrayna nümayəndələri imza atmaqdan imtina ediblər. Yəni, Özbəkistan nümayəndələri onların payına düşəni ayrıca ödəyəcəklərini, Azərbaycan və Ukrayna nümayəndələri isə, hər respublikaya düşən borcun müəyyənləşdirilməsini istəyiblər. O da qeyd olunub ki, 9 keçmiş sovet respublikası bu borcu ödəməyi öz öhdəsinə götürüb. İndi hamımızın marağına səbəb olan bir sual yaranır. Azərbaycan dövləti adından bu öhdəliyə kim imza atıb və niyə atıb?
Yüz illərlə bu torpağın sərvətlərini mənimsəyib ona buna yedirdən sovet dövlətinin borcunun bizə nə dəxli var? Kreml milyardları aparıb Əfqanıstanın işğalına, özünün nüvə arsenalının güclənməsinə, Varşava Müqaviləsi ölkələrində hərbi gücün saxlanmasına, Afrikada zənci ovuna xərcləyibsə, bunun bədəlini biz niyə ödəməliyik? Özü də 15 yox, 9 ölkə.
Sovet dövrünü yaşamış insanlar yaxşı bilirlər, Azərbaycanda heç bir sahəyə dünyanın üstün texnologiyaları tətbiq edilməyib. Dotasiya hesabına ayaqda tutulan düşmən Ermənistanda mövcud olan həyat şəraiti bizə verilməyib. İndi ortada qalmış borcun həm də bizim üzərimizə yüklənməsi doğrudan da anlaşılmazdır. Moskva bizim halal haqqımızı əlimizdən aldığı halda, üstəlik borcuna da şərik edir.
Bu gün Qarabağda və digər bölgələrdə baş verən qanlı olaylar da Kremlin əməlləridir. Kimsə Paşinyanın neytrallaşmasından və ya devrilməsindən ümidli nəsə gözləyirsə, bu sadəlövhlükdür. Ruslar bu oyunlarla həm də bizə dərs vermək istəyirlər. Yaxşı ki, ortada qardaş Türkiyənin və dost dövlətlərin mövqeyi var. Şimal donuzları çoxdan ölkəmizin lap içərilərinə soxulmuşdular. Hələlik məskunlaşdıqları Qarabağ ərazisində hərbi silah-sursatlarını və kontingenti artırmaqla, kilsə tikib, heykəl qoymaqla, terrorçulara havadarlıq etməklə məşğuldurlar. Şanlı Azərbaycan əsgərinin dönməzliyindən və hünərindən ehtiyatlansalar da, əl altdan işlərini görürlər.
Bu məqamda Millət və Ordu bütöv məqsəd ətrafında tamlığını qorumalıdır. Neçə ki, rus var , bu münaqişə bitməyəcək. Rədd olsun işğalçılar!!!
Yeri gəlmişkən, Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının hazırladığı və başqan Dövlət bəy Baxşalının nümayiş etdirdiyi bir xəritə rus siyasi elitasını və mediasını əməlli başlı əndişələndirib. Xəritədə Avrasiya məkanında mövcud olan Türk dövlətlərinin və toplumlarının xüsusi rənglə işarələnməsi Kreml cəlladlarının xoşuna gəlməyib. Amma özlərinə hər şey olar. Guya rus toplumunu qorumaq üçün Moldovada möhkəmlənə, Pribaltikaya hədə qorxu gələ, Ukrayna ərazilərini işğala məruz qoya bilərlər. Əslində, bu oyunların rus xalqının özünə belə heç bir dəxli yoxdur. İvanın yaşantı tərzində müsbətə doğru heç nə dəyişməyib və getdikcə ağırlaşmağa doğru sürüklənir. Bu, Kremlin işğal siyasətidir və hələ bir müddət davam edəcəkdir.
O ki, qaldı Türk toplumlarına, artıq Saxadan Altaylara qədər milli qabarmaların əlamətləri görünməkdədir. Onun daha geniş xarakter alması mütləq baş verəcəkdir!
