Azərbaycanda hiss olunan yeraltı təkanlarla bağlı rəsmi açıqlama verilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Oxu.Az-a açıqlamasında bildirib ki, respublika ərazisində 5,1 bal gücündə zəlzələ olub:
«Şamaxı ərazisində yerli vaxtla 16:46-da maqnitudası 5,1 bal gücündə zəlzələ olub. Müxtəlif dərəcədə dərin olduğuna görə bir çox rayonlarda hiss olunub. Bəzilərində 3, bəzilərində 4 bal gücündə hiss edilib. Ehtimal edilir ki, episentrə yaxın köhnə tikililərdə çatlar əmələ gəlsin. Amma normal tikililərdə çat və ya başqa problemin yaşanması gözlənilmir».
Bu xəbəri paylaşın:
