Ermənistanda hərbi qulluqçu özünü güllələyib

Ermənistanda 29 yaşlı müqaviləli hərbi qulluqçu özünü güllələyib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Qeqarkunik rayonundakı hərbi hissədə qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Qevork Avetyan odlu silahla ehtiyatsız davranma zamanı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin hərbçinin həyatını xilas edə bilməyiblər.

Mənbə: Report

Bu xəbəri paylaşın: