İraqda «Hizbullah» lideri bu 3 ölkəni ittiham etdi

İraqın «Hizbullah» briqadalarının Baş katibi Əbu Hüseyn əl-Həmidavi ABŞ, Səudiyyə Ərəbistanı və İsrail rejimini ittiham edən açıqlama verib.  

O, verdiyi açıqlamada vurğulayıb ki, ABŞ-ın, Səudiyyə Ərəbistanının və İsrail rejiminin İraq xalqının dəstəklədiyi müqavimət cəbhəsini dağıtmaq planı məğlubiyyətə uğrayıb.  

«Bu 3 ölkə ölkəmizdə fitnə yayan siyasətlərin arxasında dayanır. Lakin ölkəmizin zirəng siyasətçiləri onların planlarını puça çıxardır», — deyə Əbu Hüseyn əl-Həmidavi diqqətə çatdırıb.  

Əbu Hüseyn əl-Həmidavi qeyd edib ki, düşmənlərin əsas məqsədi İraqın vətəndaş müharibəsinə düçar olmasıdır.

Mənbə: AlAlam (eastnews.org)

Bu xəbəri paylaşın: