Suraxanı veteranları qaziyə baş çəkiblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayonu şöbəsi rəhbərliyi qardaş Türkiyədən müalicədən qayıtmış qazimiz Əbülfət Tanrıverdi oğlu Qurbanova baş çəkiblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayonu şöbəsinin sədri Eldar Rüstəmov məlumat verib.


Eldar Rüstəmov bildirib ki, II dərəcə müharibə əlili Əbülfət Tanrıverdi oğlu Qurbanov Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Laçın rayonu Güləbird kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb.


Türkiyədə müalicədən qayıdan qazimizə veteranlar AVMVİB-nin üzvlük vəsiqəsi təqdim edib və şəfa diləyiblər.

Allah qazilərimizə şəfa versin!

Elnur Səlim

Bu xəbəri paylaşın: