Azərbaycan ərazisinə keçən erməni əsgəri saxlandı

Qarabağda qanunsuz birləşmənin erməni hərbçisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib və nəzarətə götürülüb.

Qarabağda qanunsuz birləşmənin erməni hərbçisi M.M. (2000-ci il təvəllüdlü) Xocavənd rayonunun Aşan kəndi yaxınlığında azıb və Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib. O nəzarətə götürülüb.

Burunla bağlı dərhal Rusiya sülhməramlılarına hadisə barədə məlumat veriblər. Hazırda sülhməramlılar erməni yaraqlısının geri qaytarılması ilə bağlı danışıqlar aparır.

Bu xəbəri paylaşın: