Dünən Belarusu tərk edən miqrant sayı açıqlandı

Noyabrın 22-də 118 nəfərlik miqrant qrupu Belarusu tərk edib, daha bir qrup miqrant isə bu gün Minsk aeroportunu tərk etməyə hazırlaşır.

  Bu barədə bu gün jurnalistlərə Belarus Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya İdarəsinin rəisi Aleksey Bequn məlumat verib.

  Bequnun sözlərinə görə, bu gün bir qrup əcnəbi vətəndaş hələ də Minsk Milli Aeroportundadır, bütün gömrük və sərhəd prosedurlarından keçib və vətəndaşı olduğu ölkəsinə qayıtmağı gözləyir.

  Bundan əlavə, İraq və Suriya səfirlikləri çətin həyat şəraitində olan vətəndaşlarına vətənlərinə qayıtmağı təklif edən təxliyə uçuşları təşkil edir.

Mənbə: TASS

Bu xəbəri paylaşın: