Afrika ölkəsi Burkina-Fasoda uşaq Fransa ordusuna məxsus pilotsuz təyyarəni sapandla vurub. Uşaq ölkədə qəhrəman elan edilib.
Burkina-Fasoda uşaq Fransa ordusuna məxsus pilotsuz təyyarəni sapandla vurub. Düşən pilotsuz təyyarə qəzəbli kütlə tərəfindən parça-parça edilərkən, balaca “snayper” birdən Burkina Fasonun milli qəhrəmanına çevrilib.
Actuburkina.net xəbər portalının məlumatına görə, hadisə noyabrın 20-də Kai şəhərində baş verib, Burkina-Faso vətəndaşları Fil Dişi Sahilindən Nigerə getmək üçün ölkələrindən keçən Fransa hərbi logistika karvanının yolunu kəsiblər.
Fransız hərbçilərinin terrorçuları dəstəklədiyindən şübhələnən minlərlə Kai sakini hərbi logistika karvanının keçidində canlı qalxan yaradıb.
«Sputnik»in xəbərinə görə, keçməsinə icazə verilməyən fransız əsgərləri divarlarla əhatə olunmuş dayanacağa sığınıb və ərazilərində əcnəbi əsgərlərin olmasından narahat olan insanları müşahidə altında saxlamağa başlayıblar.
Bu arada etirazçıların üzərindən uçan fransız ordusuna məxsus pilotsuz təyyarəni sapandla vurub.
Düşən pilotsuz təyyarə qəzəbli izdiham tərəfindən parça-parça edilərkən, balaca “snayper” qəfildən Burkina-Fasonun milli qəhrəmanına çevrilib.
Mənbə: Avropa.info
