TƏBRİK: QURBANOV KAMİL CAVANŞUR OĞLU — 48

Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə (təcürbəsi ilə), mənəvi və işgüzar keyfiyyəti ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, təşkilatçılıq bacarığı ilə  seçilən ömürünün 24 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Nərimanov, Ağdam, Füzuli, Xətai, Zaqatala rayonlarında və Gəncə şəhərində  yerləşən hərbi hissələrində keçirən müharibə veteranı ehtiyyatda olan mayor Qurbanov Kamil Cvanşir oğlunun 27 noyabrda 48 yaşı tamam olur.

       Bu gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı  ehtiyatda olan mayor Kamil Cavanşir oğlu Qurbanovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

       Müharibə Veteranı ehtiyatda olan mayor Qurbanov Kamil Cavanşir oğlu  27 noyabr 1973- cü ildə Bərdə rayonun Böyük  Qacar kəndində dünyaya göz açıb.

      O, Bərdə rayonun Böyük Qacar kənd orta məktəbini, Aqrar və Ekologiya  İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını,  Zabitlərin təhkimləşdirmə kursunu bitrib. Daxılı Qoşunların Baş idarəsinin Alı hərbi məktəbində ( eləcədə xarici ölkələdə) təşkil olunan bir sıra kuruslarda olmuş, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilSən metodiki-təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak etmişdir.

      Kamil Cavanşir oğlu Qurbanov 1992-2016-cı illərdə Daxili Qoşunların Baş İdarəsinin Nərimanov, Ağdam,  Füzuli, Xətai, Zaqatala rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində müdddətli həqqi hərbi xidmətdə olub və  Mühəndis İstehkam bölüyün baş cavuşu, əlahiddə taqım komandiri, Mühəndis və Kimya xidmət rəisi, Xüsusi Vasitələrin Tətbiqi Dəstə komandirinin müavini-qərargah rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

      Müharibə Veteranı ehtiyatda olan mayor Qurbanov Kamil Cavanşir oğlu 2016-ci ildən TİENS şirkətində qrup rəhbəri vəzifəsində işləyir.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

      Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyyətin təmin edilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

      O, qorxmaz insanpərvər, saxavətli, əliaçıq,zəhmətkeş hərbiçi olmuşdur. Kamil Qurbanov istər, yaşadığı ərazidə,  təhsil aldığı orta və ali məktəblərdə,  istərsə də  xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış  və qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

    O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuşdur.

     Hər  ili hərbi hissələrdə və əlahiddə bölmələrdə keçirilən təftiş, yekun, təlim  (kompleks) və ümumi yoxlamaların  nəticələrinə   görə  Kamil Cavanşir oğlu Qurbanovun komandir olduğu əlahiddə taqım qoşunlar üzrə birinci yeri tutduğu üçün müvafiq diplomlarla və fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində, yüksək nəticələrə nail olduğuna, nümunəvi  xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə  məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin və Daxili Qosunlar komandanın müvafiq əmrləri ilə Əla xidmətlərə görə döş və yubiley nişanları ilə, Azərbaycan Respublikasının Prezidenti adından isə Daxili İşlər Nazirliyinin müvafiq əmrləri ilə  «Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrinin yaranmasının isə 10-iliyi, 90-illiyi  və 95-iliyi medalları ilə təltif edilib

      Azərbaycan Respublikasının Prezidentinin  11 mart 2008 ci il tarixli sərəncamı ilə mayor Qurbanov Kamil Cavanşir oğlu  «HƏRBİ  XİDMƏTLƏRƏ GÖRƏ » medala təltif  olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, KAMİL BƏY!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininsədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: