İlham Əliyevdən görüş sonrası açıqlaması

«Yeni qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək».

Bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşün yekununda deyib.

«Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və səmimi söhbət olub», — Prezident İlham Əliyev vurğulayıb.

«Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır”.

Fedai.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatından səsləndirib.

O qeyd edib ki, Azərbaycanla Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən, ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır:


«Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”.

Bu xəbəri paylaşın: