Mingəçevirdə şəhidin Anım tədbiri keçirilib

Mingəçevirli müharibə veteranları şəhid Təbriz İldırım oğlu Cüməzadənin Anım mərasimində iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.


Şəhid Təbriz İldırım oğlu Cüməzadə Şuşa şəhərinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Əslən Oğuzdan olsa da Təbriz Cüməzadə Mingəçevirdə yaşayıb və cəbhəyə yollanıb.


Mərasimdə müharibə veteranları ilə yanaşı, Oğuz rayon İcra Hakimiyyətinin Başçısı və İcra Hakimiyyəti işçiləri, şəhər ictimaiyyəti, şəhidin yaxınları və məktəblilər iştirak ediblər.


Allah rəhmət eləsin!


E. Səlim

Bu xəbəri paylaşın: