Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə iki ölkə arasında 8 sazişdən ibarət birgə bəyannamə imzalanıb.
Bu barədə “Anadolu” agentliyi yazıb.
Müqavilələr media, səhiyyə, kənd təsərrüfatı, təhsil, bank və digər sahələri əhatə edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 5 milyard dollara yüksəltmək barədə razılığa gəldiklərini söyləyib.