Ömrünün gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə oğlanlardan biri də Vətən təəssübü çəkən 1992-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Ağdam, Füzuli, Nərimanov, Xəzər rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrdə böluk komandiri, avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, DQBİ — nin isə Maddi— texniki təminat idarəsində avtomobil və zirehli texnika şöbə rəisi müavini vəzifələrində şərəfli xidməti yolu kecən məhrum müharibə veteranı polkovnik- leytenant Qasımov Ədalət Yadulla oğlunun vəfat etməsinin ikinci il dönümü tamam oldu.

Məhrum həmkarımızın vəfatının il dönümü ilə əlaqədar Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev, onunla birlikdə xidmət edən hərbi qulluqçularımız, ehtiyatda olan hərbi vəzifəlilərmiz onun döğma və yaxınlarnına baş sağlığı verir, məkanının cənət olmasını Allahdan diləyir. Allah rəhmət etsin. Məkanı cənnət olsun. Amin!
Daxili Qoşunların ehtiyatda olan zabiti, polkovnik-leytenant, müharibə veteranı Qasımov Ədalət Yədulla oğlu 20.02.1962-ci ildə Lerik rayonun Qələbin kəndində anadan olub. Rayondakı internat məktəbində orta təhsil alıb.
1980-1982-ci illərdə Rusiya Federasiyasının Xabarovsk şəhərində SSRİ Müdafiə Naziriliyinin hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 1983-1988-ci illərd Xabarovsdakı Politexnik İnstitutunda Ali təhsil alaraq Avtonəqliyyatın İstismarı İxtisasına yiyələnib. Bir müddət həmin şəhərdə işləyib. Sonra Vətənə qayıdaraq uzun illər Yerli Sənaye Nazirliyinin Nəqliyyat Kontorunda çalışıb. Vətənimiz üçün ağır günlərdə Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi 1992-ci ildə Ədalət mülki işdən ayrılaraq hərbi xidmətdə olmağı özünə şərəfli vətəndaşlıq borcu bilib. 1992-ci ilin sentyabr ayında Daxili İşlər Nazirliyi Daxili Qonşunlarının sıralarında zabit olaraq hərbi xidmətə başlayıb. Mütəxəssis zabit kimi o çətin günlərdə üzərinə düşən vəzifələri bacarıqla və vicdanla yerinə yetirib. Ədalət Ağdam və Füzüli rayonları ərazisində döyüş yolu keçib.
Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Ədalət Qasımov öz əməyini, bilik və təcrübəsini əsirgəməyib.
Qasımov Ədalət Yadula oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
O, İctimai əsayişin təmin edilməsində, İctimai Təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində, şəhədə və yaşayış məntəqələrində (cəzaçəkmə müəsələrində ) baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissəyə və Avtomobil Zirehli texnika xidmətinə (şöbəsininə) həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli müvafiq sərəncamı ilə Ədalət Yadulla oğlu Qasımov «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunub. Bununla yanaşı, o, «Qusursuz xidmətə görə» medalının hər üç dərəcəsinə, hərbi xidmət sahəsində yubiley medallarına, Daxili Qoşunların «Xidmətdə fərqləndiyinə görə» döş nişanına layiq görülüb. 2012-ci ilin sentyabr ayında Ədalət Qasımov Daxili Qoşunlardan ehtiyata buraxilib.
30.11.2019-cü ildə xeyli müddətdir xəstəlikdən əziyyət çəkən Qarabağ qazisi dünyasını dəyişib. O, Mərdəkan qəsəbə qəbiristanlığında dəfn edilib.

Hal- hazırda haqq dünyasında olan polkovnik leytenant Qasımov Ədalət Yadulla oğlunun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən..
ALLAH RƏHMƏT ELƏSİN,RUHUN ŞAD,MƏKANIN CƏNNƏT OLSUN!
Dərin hörmətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev