TƏBRİK: ABDULLAYEV RAMİZ ABDULLA 0ĞLU — 64

     Peşəkarlığı və humanistliyi ilə seçilən, ömrünün  ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı idarəsində və Əməliyyat şöbəsində Baş zabit vəzifələrində   Daxili Qoşunların Lənkəran və Gəncə şəhərlərində, Hacıqabul, Nərimanov və Sabunçu rayonlarında hərbi hissə komandirinin müavininin-qərargah rəisi, hərbi hissə komandiri vəzifələrində, DIN-in isə A.Heydərov adına Siravı və kicik rəis heyəti hazırlayan məktəb rəisi vəzifəsində keçirən hörmətli Veteranımız ehtiyatda  olan polis  polkovniki Ramiz Abdullayevin 64 yaşı tamam olur.

      AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, müharibə veteranı  ehtiyYatda olan polkovnik Ramiz Abdullayevi  doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib-tükənməyən nailiyyətlər arzulayır.

       Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Polkovnik Rramiz Abdulla oğlu Abdullayev Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Qoşunlarında və A.Heydərov adına Siravı və kicik rəis heyəti hazırlayan məktəbdə  rəhbər vəzifələrdə xidmət etdiyi müddətdə vəzifə borclarının icracına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə tabeliyində olan hərbi qulluqçuları və polis əməkdaşlarını fədəkar xidmətə ruhlandırmışdır.

     Cinayətətkarlığa qarşı mübarizədə, içtimai qaydanın qorunmasında və içtimai təhlükəsizliyin təmin edilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən məsul vəzifələri  hər zaman layiqincə yerinə  yetirmişdir.

       Polkovnik Ramiz Abdullayev Daxili Qoşunlarda və Daxili İşlər Orqanında xidmət etdiyi illər ərzində bir çox peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, siravi və kiçik rəis heyətinin yetişməsində   xüsusi əməyi olmuşdur. O, təqaüdə çıxdıqdan sonra da şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında  öz bilik və baçarığını onlardan əsirgəmir.

      Ramiz Abdullayev Veteran kimi Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların ictimai həyatında yaxından iştirak edir, zəngin həyat və xidməti təcürbəsini gənclərlə bölüşür, onun belə əzmkar fəaliyyətinin, vətənpərvərliyinin, dövlətçiliyə sadiqliyinin baris nümnəsidir.

      Ramiz Abdullayev çox dəyərli bir insandır. Bu günkü gündə  Ramiz Abdullayev  cəmiyyətin qabaqda gedən, sayılıb — seçilən insanlardan biridir. O bu səviyyəyə öz gücü, bacarığı,təcürbəsi, çalışqanlığı və təşkilatçılığı səviyəsində ucalıb.

       Müharibə Veteranı ehtiyatda olan polkovnik  Ramiz Abdullayevi tanıyanlar onun nə dərəcədə tələbkar insan olduğunu cox yaxşı bilirlər. Ramiz Abdullayevin qiymətli cəhətlərindən biri də onun sadə, təvazökar, qeyrətli vətənpərvər olmasıdır. Böyüklə-böyük, kiçiklə-kiçik olan, sözu ilə əməli düz gələn bir gözəl insan doğma Azərbaycanmızın bu günü, sabahı ilə bağlı daimi düşünür,ölkəmizi   daimi qüdrətli, güclü və firavan görmək istəyir . Buradaca onun əsas devizi olan kəlamını qeyd etmək yerinə düşərdi. «Mənimlə düz danış, düz otur, düz dur, düz dolan, düz davran”.

        Ramiz Abdulla oğlu Abdulayev hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmaq  daima qələbə qazanmışdır.Bu insan üçün ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O,harada işləməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur buna görə də heç kəsin qarşısında  gözü-kölgəli və borclu qalmamışdır.Bütun bunlara görədir ki, Ramiz Abdullayev həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin, işgüzar fəaliyyətinin toxunmazlığını gözləmiş, nüfuzunu qorumuş, vüqarını daima yüksək saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa, elə, obaya, dövlətəxidməti, özü də etdiklərini sinəsi el-oba qatğılı, vətən qüdrətli, öz fəaliyyətini göstərmişdir.

      Xidmətdə fəriqləndiyinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin  Daxili Qosunlar komandanının, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib. Azərbaycan Respublikasının prezidenti adından isə Daxili İşlər Nazirinin müvaiq əmrləri  bir sıra medalarla təltif olunub.

     İctimai əsayişin təmin edilməsində, hüquq qaydalarının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrinin və xüsusi tapşırıqlarn  yerinə yetirilməsində fəriqləndiyinə görə, Azərbaycan polis günü münasibətilə Azərbaycan Respublikasının Prezdentinin müvafiq sərəncamı ilə ilə polkovnik Ramiz Abdullayev  «VƏTƏN UĞRUNDA «medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, HÖRMƏTLİ RAMİZ MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: