TƏBRİK: FAİQ HÜSEYNOV — 50

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynovun 50 yaşı tamam olur.

Qarabağ uğrunda döyüşlərin iştirakçısı olmuş Faiq Hüseynov bölgə veteranlarının problemlərinin həllində yaxından iştirak edən şöbə sədrlərindəndi. 44 günlük Vətən müharibəsi və ondan sonrakı günlərdə də daim qazilərimiz və əsgərlərimizlə birgə olmağa çalışmaqdadır.

Veteranımızı 50 illik yubiley münasibətiylə təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq. Bundan sonra da müharibə veteranlarımızın hüquqlarının qorunmasında və onların problemlərinin həllində daha böyük enerjiylə çalışacağından əminik. Şanlı Ordumuz tərəfindən qazanılmış Şanlı Zəfərin azad edilmiş torpaqları ziyarət etmiş veteranımıza növbəti ad gününü könül xoşluğu ilə Xankəndidə qeyd etməsini arzu edirik!

100 YAŞA, FAİQ BƏY!

Bütün gözəlliklər sənin olsun!


AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi

Bu xəbəri paylaşın: