Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədovun ad günüdür.
Müharibə veteranı, hər iki müharibənin iştirakçısı, AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədovun 47 yaşı tamam olur.
Birliyin üzvü və şöbə sədri kimi fəal olan Elmar Məmmədov bəzi əməliyyatlarda iştirakçı olmaqla bərabər 44 gün ərzində hər gününü ordumuzla birgə oldu. Cəbhənin müxtəlif istiqamətlərində, həm aktiv döyüş əməliyyatlarında, həm əsgərlərimizin ehtiyaclarının ödənməsində, həm də şəhidlərimizin nəşlərinin döyüş sahələrindən çıxarılmasında danılmaz əməyi olan veteranlarımızdandı.

E. Məmmədov, bu gün könül xoşluğu və qalib kimi öz ad gününü qeyd etməyə daha çox haqqı olan qazilərimizdəndi. Ad günü münasibətiylə təbrik edir, uzun ömür, can sağlığı və növbəti ad gününü azad ediləcək Zəngəzur və Göyçənin dağlarında qeyd etməsini arzu edirik.
Təbrik edirik, Elmar bəy, 100 yaşa!
Bütün gözəlliklər sizin olsun!
AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ KOLLEKTİVİ






