Google axtarış sisteminin əsas səhifəsi Lütfi Zadəyə həsr olunub

Məşhur Google axtarış sisteminin əsas səhifəsi dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr olunub.

İstifadəçilər xüsusi doodle klikləməklə alimə həsr olunmuş məlumatların yer aldığı səhifələrə keçidləri görə biləcəklər.

Qeyd edək ki, Lütfi Zadə (ing.Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə; 4 fevral1921, Novxanı, Bakı qəzası, Azərbaycan SSR – 6 sentyabr 2017, Berkli, Kaliforniya) — azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olub. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdir. Bir sıra səbəblərdən alimin nəşinin doğma vətəninə gətirilməsi yubanmışdır. Nəhayət, 28 sentyabrda cənazə San-Fransiskodan Bakıya yola salınmış və 29 sentyabr saat 03 radələrində Bakıya çatdırılmışdır.

Bu xəbəri paylaşın: