“Məğlub olan hakimiyyət çoxsaylı güzəştlərə getməyə hazırdır. Artıq Sünik (Zəngəzur) təhlükə altındadır”.
“Ölkə.Az” “aysor.am”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARF Daşnaksütun Bürosunun nümayəndəsi Akop Ter-Xaçatryan deyib.
Akop Ter-Xaçatryan qeyd edib ki, Daşnaksütunu narahat edən ən ciddi məsələ delimitasiya və demarkasiya problemləridir.
“Biz çox yaxşı bilirik ki, Azərbaycan Qarabağ məsələsini delimitasiya və demarkasiya yolu ilə dəfn etmək üçün əlindən gələni edəcək, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edəcək”, — o qeyd edib.
O, eyni zamanda deyib ki, delimitasiya və demarkasiya prosesini təxirə salmaq mümkün deyil: “Əgər belə bir şey mümkün olsaydı, biz bunu mütləq dəstəkləyərdik. Çünki 10 noyabr və 11 yanvar bəyanatlarında yerinə yetirilməli olan müddəlar var. Məğlubiyyət nəticəsində qarşı tərəf daha çox şərtlər irəli sürüb nəticə əldə etməyə çalışır. Kommunikasiyaların açılmasına gəldikdə isə prinsipial olaraq buna qarşı çıxmaq mümkün deyil”, — Daşnaksütun nümayəndəsi deyib.
