Bu gün şəhid olan polkovniklər Vətən Müharibəsində bu mükafatları alıblarmış…

Xəbər verildiyi kimi, bu gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində həlak olan yüksək rütbəli zabitlərimiz — polkovnik Nəzirov Emil və Cavadov Füzuli Əli Vətən Müharibəsi iştirakçılarıdır.

Hər iki polkovnik Vətən Müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif edilib.

Polkovnik Emil Nəzirov “Vətən uğrunda” medalı ilə, polkovnik Cavadov Füzuli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Qeyd edək ki, Emil Nəzirov polkovnik rütbəsini Vətən Müharibəsindən sonra alıb.

Bu xəbəri paylaşın: