Müharibə veteranı Haqqa yürüdü

Üzücü bir xəbər aldım.

1-ci Qarabağ döyüşçüsü, döyüş yoldaşımız, 2 qrup müharibə əlili, Nəsirov Sahib haqqın dərgahına qovuşub.

AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri və şəxsən öz adımdan, Sahib qardaşımızın ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, Allahdan Sahib qardaşımıza rəhmət, yaxınlarına səbr diləyirəm.

Allah rəhmət eləsin.

Sahib Nəsirov qardaşımız 1973-cü ildə Zəngilan rayonunun Qaragöl kəndində anadan olub.

Vətən müharibısi başlayanda Milli Ordunun ilk əsgərlərindən olub. Zəngilan rayonunun müdafiəsində Seyidlər, Şərikan, Nəcəflər kəndləri və Şayıflı qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak edib. Zəngilan rayonu işğal olunandan sonra 1994-cü il yanvar ayı Füzuli bölgəsində döyüşlərə qatılıb və Füzuli rayonunun 25 kəndinin alınmasında və Horadiz əməliyyatında iştirak edib. Horadiz əməliyyatında düşmən arxaçına keçib düşmənin artileriya qurğusunu məhf edən kəşfiyyat dəstəsinin tərkibində olub və həmin əməliyyatda yaralanaraq hospitala təxliyyə edilib.

Hospitaldan 2-ci qrup müharibə əlili statusu verilərək ehtiyyata buraxılıb.Sahib Nəsirov çox vətənpərvər və vətənini canı qədər sevən bir döyüşçü yoldaşımız kimi özünü hər zaman doğruldub.

Sahib Nəsirov qardaşımız xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bu gün saat 11- də Zabrat qəsəbəsindən dəfnə götürüləcək.

Azad Musayev

Bu xəbəri paylaşın: