Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də telefon danışığı keçirə bilər.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
«Bəli, telefon danışığı hazırlanır», — Kreml sözçüsü deyib. Söhbətin dekabrın 3-də baş tutub-tutmayacağı ilə bağlı dəqiqləşdirici sualı cavablandıran Peskovun cavabı “bəlkə də” olub.
“Əgər cənab Ərdoğan öz təsirindən istifadə edib Kiyevi Minsk tədbirlər paketi çərçivəsində öhdəliklərini yerinə yetirməyə başlamağa sövq edə bilsə, o zaman bu, ancaq alqışlana bilər”, — deyə Peskov bildirib.
Bu xəbəri paylaşın:
