İran və Əfqanıstan sərhədində İran sərhədçiləri ilə radikal “Taliban” hərəkatının silahlıları arasında ağır silahların tətbiqi ilə irimiqyaslı toqquşma baş verib.
RBK xəbər verir ki, bu barədə Əfqanıstanın “Aamaj News” agentliyi məlumat yayıb.
“Taliban” nümayəndələri yerli sakinlərdən evlərini tərk etmələrini istəyiblər. Münaqişənin səbəbləri barədə məlumat verilməyib.
Mənbə: RBK
Bu xəbəri paylaşın:
