Göygöl rayonunda Anım tədbiri keçirilib

Göygöl rayonunda Mədəniyyət Evi və «İrəvan» İdman Klubunun təşkilatşılığı ilə 1990-cı ildə şəhid olmuş polis işçilərinin Anım günü mərasimi keçirilib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovun bildirdiyinə görə, dəvətlilər sırasında rayonun müharibə veteranları da mərasimdə iştirak ediblər.


Mərasimin sonunda tədbir iştirakçılarına «Təşəkkürnamə» və Fəxri fərmanlar verilib.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: