ABŞ Azərbaycan və Ermənistana ÇAĞIRIŞ ETDİ

“Amerika Azərbaycan və Ermənistanı minaların təmizlənməsi, əsir düşən şəxslərlə bağlı humanitar məsələlərdə razılaşmağa çağırır”.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

Entoni Blinken bildirib ki, tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat bağlantılarının bərpası kimi problemləri həll etməlidir:

 
“Həllini gözləyən məsələlər hələ də qalır. ABŞ münaqişə ilə əlaqədar insan haqlarının, beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılması istiqamətində Rusiya da daxil olmaqla birlikdə işləyə biləcəyinə ümid edir”.

Mənbə: Modern.az 

Bu xəbəri paylaşın: