Pedofil Milonov Şaxta Baba libasında Xankəndində erməni uşaqlarına «pay-püşt» gətirib

Rusiyanın hakim “Vahid Rusiya” partiyasının deputatı, Azərbaycan XİN-in “qara” siyahısında olan, pedofil (uşaqbaz) Vitali Milonov növbəti dəfə Qarabağa qanunsuz səfər edərək üzdəniraq (gey) Arayik Arutyunyanla görüşüb.


Vitali Milonov — Dövlət Dumasının deputatı, homoseksualizm və pedofiliyanın təbliğinə görə inzibati məsuliyyət haqqında qanunun müəllifidir. Rusiyada çoxlu təxribat xarakterli bəyanatları və müraciətləri ilə tanınır. Belə ki, o, intim xidmət göstərən əcnəbi vətəndaşların Rusiyadan qovulmasının zəruriliyindən danışıb və yüngül əxlaqlı qadınların icbari tibbi sığorta sistemi üzrə pulsuz abort hüququnun ləğv edilməsini müdafiə edib.


Milonovun iştirakı ilə keçirilən reyd artıq LGBT resurslarında və LiveJournal-da kəskin tənqidlərə səbəb olub. LGBT-bloqer Qranyanın sözlərinə görə, Milonov pedofilləri şəxsən «canlı yemlə» tutur, 18 yaşlı qızın adından şəbəkədə profil yaradır, sonra isə əslində cəmi 13 yaşında olduğunu söyləyir. Bəzi yeni tanışlar «tora düşür» və görüşə razılaşır. «Bu şou, şübhəsiz ki, «loxlar» üçün nəzərdə tutulub» deyə Qranya bildirib, çünki əsl pedofil «belə cəfəngiyatlara inana bilməz». Burada cinayət qurbanı yoxdur, çünki “tutulan «lox” qızı yox, “qocalmış deputat”ı yoldan şıxarıbmış.

Rusiyalı siyasətçi, Dövlət Dumasının deputatı Vitali Milonov SuperOmsk-ın xahişiylə pedofiliya ilə anime hobbisi arasında mümkün əlaqədən danışıb.


“Əlbəttə, bir çox pedofil anime ilə maraqlanır. Niyə? Çünki anime bir üslubdur, onun bir hissəsi «Manqa» mənim fikrimcə erotik şəkilləri nəzərdə tutur. Bunun bir-birinə bağlı olduğunu söyləmək çətindi. Pedofilin manqaya həvəs göstərməsi təəccüblü deyil. Ancaq bu animeye aludə olan hər kəsin pedofil olması heç də vacib deyil.


Şəxsən bu üslub mənə tanış deyil və xoşuma gəlmir, amma eyni zamanda bunu qadağan etmək və bir növ onun özlüyündə deviant olduğunu və psixi pozğunluğa səbəb ola bilir.


“Moskva Gey Pride” hərəkatının yaradıcısı Nikolay Alekseyev prokurorluqdan Sankt-Peterburq Qanunvericilik Şurasının deputatı Vitali Milonuvu pedofiliyaya görə yoxlamağı xahiş edib.

“GayRussia”nın məlumatına görə, Alekseyev bu gün nəzarət orqanına müvafiq sorğu göndərib, deputatın ifadələrinin yetkinlik yaşına çatmayanlar arasında pedofiliyanın təbliğatını qadağan edən yerli qanunvericiliyi, habelə Rusiya Federasiyası Cinayət Məcəlləsini pozması ilə bağlı yoxlanılması tələb edib.


Bəyanatda Milonovun yanvarın 27-də “Vladimir Solovyovla bazar axşamı” proqramında dediyi sözlərə istinad edilir: “Bilirsiniz ki, pedofillərin 80 faizi homoseksualdır, mən bunu sizə bir praktik şəxs kimi deyirəm”.

Deputatın bu ifadələri ilə əlaqədar olaraq, Alekseev prokurorluqdan Milonovun pedofiliya haqqında praktik biliklərinin mənşəyini yoxlamağı xahiş edir. Gey fəal deputat Milonovun yetkinlik yaşına çatmayanlar arasında pedofiliyanı təbliğ edib-etmədiyini və o, praktik olaraq Rusiyanın yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olan cinayət qanunvericiliyini pozub-pozmadığını yoxlamağı xahiş edib (gaylife.su).


Xatırladırıq ki, Azərbaycan XİN «Krasnodartsax (Rusiya) Dövlət Dumasının üzvü Milonovun Azərbaycana qarşı növbəti təxribat xarakterli addımını» qətiyyətlə pislədiyini xəbər vermişdik. Səfirlikdən: «Milonovun açıqlamalarının Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi qeyd edilib»-deyə məlumatda deyilmişdi».


Elnur Səlim

Bu xəbəri paylaşın: