TƏBRİK: QRİSUTENKO LARİSA TİMOFEYEVNA

    Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə (təcürbəsi ilə), işgüzarlığı və mənəvi keyfiyyətləri ilə ,şəxsi intizamı və kollektiv arasında nüfuzu ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə   seçilən ömrünün  ən məhsuldar dövrünün 31 ildən çox həyat və  şərəfli xidmət yolunun altı ilini Dövlət Tibb İnstitutunda, dörd ilini Səhiyyə Nazirliyinin müxtəlif mərkəzi  xəstəxanalırında,   iyrimi  bir ildən çoxnu isə   Daxili İşlər Nazirliyinin  İşlah əmək müəssisəsində  və Daxili Qoşunlarda  keçirən  tibb xidməti mayoru  Larisa Timofeyevna Qrisutenkonun 29 dekabrda 65 yaşı tamam olur.

     Bu gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan tibb xidməti mayoru Qrisutenko Larisa Timofeyavanı doğum günü münasibətilə semimi qəlbdən təbrik edir,.ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Tibb Xidməti mayoru Qrisutenko Larisa Timofeyevna  29 dekabr  1956- cı ildə Bakı şəhərində hərbiçi ailəsində anadan olmuşdur. Atası polkovnik Qritsenko Timofey Trofimovic SSRİ Müdafiə Nazirliyinin Zaqafqaz hərbi dairəsinin Bakı və Tiflis şəhərində yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissələrində müxtəlif rəhbər  vəzifələrdə xidmət edib, Larisa Qritsutenkonun anası  Aleksandra Mixayilovna  isə Tiflis və Bakı şəhərində  müəllim işləyib.

    Tibb Xidməti  mayoru  1974-cü ildə Tiflis şəhərində 64 saylı orta məktəbi, 1980-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika  fakultəsini bitirib, O, Daxili İşlər Nazırliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir necə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda , Daxili Qoşunların Baş İdarəsində isə   bir çox metodiki- təlim toplanışlarda, seminar və konfranslar fəai iştirak edib.

     Larisa Qrİsutenko 1980-1984-cü ilərdə Səhiyyə Nazirliyinin Akademik M.A.Mir Qasımov adına respublika xəstəxanasında   və   2 (iki) saylı Vərəm əleyhinə dispanserdə həkim kimi müvafiq vəzifələrdə işləyib.

    O, 1984- 1991-ci illərdə Daxili İşlər Nazirliyinin Tibb idarəsinin  2 (iki)  və 4 (dörd) saylı cəzaçəkmə müəssisələrində həkim ftiziatr və tibb xidməti rəisi vəzifəsində olub.

      1992-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Əlahiddə konvoy (Müşayiət) taborunda tibb xidməti rəsi,  Daxili Qoşunların Xətai və Qaradağ  rayonunda yerləşən hərbi hissədə və hərbi hospitalda  tibb məntəqəsinin rəisi, tibb xidmət rəisinin əvəzi,terapiya şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Tibb xidmətində isə Hərbi Həkim komissiyasında həkim-terapevt vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     Tibb Xidməti mayoru Qrisutenko Larisa Timoefeyevna Daxili İşlər Nazirliyinin Daxili Qoşunların kollektivlərdə mehriban ana, qayğıkeş həkim  və fədakar zabit kimi tanınıbdır.Urəkaçan xidməti fəaliyyəti ilə şəxsi heyətin dərin rəğbətini qazanıbdır.

       Larisa həkim Daxili Qoşunların sıralarına daxil olarkən yaxşı başa düşürdü ki, bu ağır günlərdə Vətənin doğma oğlunun-qızının köməyinə çox ehtiyac var idi. O, burada hərbi həkim təcürbəsini artıraraq, Azərbaycanın qeyrətli zabit  qadını kimi yetişibdir. Xidmət müdddətində üzərinə düsən  zabit (həkim) şərəfini ləyaqətlə qoruyub, onun məsuliyyətini dərindən dərk edibdir.Müharibə həyatının acılarını yaşayaraq, yaxşı başa düşürdü ki, böyük, qəti qələbəyə nail olmaq üçün əsgərlərin,  (zabitlərin, gizirləin və müdətdən artıq xidmət edən hərbi qulluqçularmızın) sağlamlığı günün ən ümdə məsələlərindəndir. 1992-2005-ci ilərdə Daxili Qoşunlarda xidmətini şərəflə  yerinə yetirən tibb xidməti mayoru Qrisutenko Larisa Timofeyevna mütəxəsis həkim kimi öz işində yüksək tələbkarlıqla və vicdanla çalışmışdır.

     O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,   Silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, şəhərdə, yaşayış məntəqələrində və çəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən  döyüşlərdə tibb xidməti üzrə   üzərinə düşən  vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

     O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Hippokrat andı içən Larisa həkim, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir, hər bir hərbı quluqçunun  isə sağlamlığnın keşiyində  əzimlə dayanmışdır.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Tibb Xidməti mayoru  Larisa Timofeyevna Qrisutenko  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü səxavətli, əliaçıq və zəhmətkeş zabit (həkim) kimi göstərmişdir. O, anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, qohum-əqraba  arasında, istərsə də işlədiyi və xidmət etdiyi kollektivlərdə özünə layiq hörmət qazanmışdır.

     Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir  Larisa həkim sağlamlıq bəxş etdiyi insanların ömüundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri   müvafıq medalları və döş nisanları ilə ilə təltif edilib, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, LARİSA HƏKİM !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: