Prezident “Əmək pensiyaları haqqında” qanunda dəyişikliyi təsdiqləyib

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.

Bu xəbəri paylaşın: