Yeni orden və medallar veriləcək

Vətən müharibəsindən sonra Prezidentin sərəncamlarına əsasən, 154 min nəfər müxtəlif orden və medallarla təltif edilib.

Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda yeni orden və medalların verilməsi istiqamətində iş aparılır.

«Bu məqsədlə yoxlamalar, dəqiqləşdirmələr aparılır», — deyə Anar Eyvazov əlavə edib.

Bu xəbəri paylaşın: