Nikolay Rerix Böyük Çingiz Xan haqqında

Н.К. Рерих. ДРУЖИНА ЧИНГИС-ХАНА. 1931

Nicholas Roerich Muzeyi, ABŞ. Nyu York

“Güclü köçəri imperiyalar yarandı və unuduldu. Onlar öz arxalarında nə əzəmətli abidələr, nə də yazıya alınmış salnamələr qoymayıblar, onlar haqqında bildiyimiz hər şey onların qonşu ölkələrə basqınlarının silinməz izləridir.

Yaxın vaxtlara qədər bu köçəri mədəniyyətlər bizim üçün qapalı bir kitab idi. Ancaq indi biz köçəriliyin tarixi əhəmiyyətini və onun qonşu və fəth edilmiş xalqlara böyük təsirini dərk etməyi öyrənirik.

Y.N. Rerix

“Moğolların və onlara müttəfiq olan xalqların yürüşü Avropanı bütün Yaxın və Uzaq Şərqlə üz-üzə qoydu. Bu işğalın mədəni əhəmiyyəti onu müşayiət edən dağıntı və itkilərdən qat-qat əhəmiyyətlidir.

Xalqını bu qarşısıalınmaz hərəkata yüksəldən və cilovsuz köçəri atlılardan dünyanın ən yaxşı ordularından birini yaratmağa müvəffəq olan şəxsin adı Çingiz xan idi.

Günümüzün monqolları üçün Çingiz xan adı Monqolustan tarixinin ən parlaq səhifəsi ilə bağlı olan böyük bir imperatordan daha artıqdır. O, Monqol Prometeyidir, çünki o, yerə od gətirən və insanlara ondan istifadə etməyi öyrədəndir. Qədim Monqol od kultunun dua kolleksiyalarında o, tez-tez «od daşıyıcısı» adlanır və onun qəbiləsi olan Borjigin (Börteçene) qəbiləsinə tez-tez «odun sirrini qoruyanlar» deyirlər.

Y.N. Rerix

“… Və bu günə qədər böyük xanın vəsiyyətləri yaşayır. Həmçinin, onun qanunları indi xatırlanır, onların arasında çoxları indi də yaşaya bilər. Oğurluq, adam öldürmə, zina və digər yararsız hərəkətlərə görə verilən sərt cəzaların siyahısı indiki zamanda qanunvericilik səhifələrindən düşməyəcək. Həmçinin digər dövlət aktları, məmurlara olan tələblər və ölkənin çiçəklənməsi üçün qayğılar Böyük Xan tərəfindən geniş şəkildə təsbit edilmişdir.

Xanlarda qürur və lovğalığı məhv etmək üçün Çingiz xan dəbdəbəli titullar almağı qadağan etmişdi. Tolerantlığa yer verildi, söz azadlığına hörmət edildi, Allah sevgisi tanındı… Çingiz xan güclü içkilərdən istifadəyə qarşı üsyan etdi… Həmçinin, həddindən artıq mövhumatı məhv etməyə yönəlmiş fərman verdi, inkişafla bağlı fərmanları da var. Köçəri əhali arasında qonaqpərvərlik və imperiyanın böyük mülkləri üzərində səyahət edərkən təhlükəsizliyin təmin edilməsi … Bizə gəlib çatan hər şeydə Çingiz xanın izi var və o, həqiqətən böyük bir lider və qurucu idi.
N.K. Rerix. «Monqollar». (ld, v. I)

Bu xəbəri paylaşın: