TƏBRİK: EMİNOV TƏYYAR VAHİD OĞLU — 58

    İnsan üçün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşının üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də  daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan AVMVİB — nin Qubadlı rayon şöbəsinin sədri Eminov Təyyar Vahid  oğludur. Yanvar ayının 14-də onun  58 yaşı tamam olur. Belə bir əlamətdar gün münasibətilə Eminov Təyyar Vahid oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayırlar.

      Təyyar Vahid oğlu Eminovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt  edəcək şəkildə keçsin. Amin!

     Eminov Təyyar Vahid oğlu 14 yanvar 1964-cü ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.

      1981-ci ildə Qubadlı rayonunun Qara İlyasov adına orta məktəbi, 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

      1982- 1984-cü ildə Sovet Ordusunun Ukrayna Respublikasında yerləşən hərbi hissələrində  müdddətli həqqi hərbi xidmətdə olub.

      Vətənimizin aslan ürəkli övladı könüllü olaraq, 1991 -ci ildə Milli Orduya yazılmışdır. 1991-1993-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrdə taqım komandirinin müavini və komendant vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O, Azərbaycanin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək ağır yaralanmışdır.

     Təyyar Vahid oğlu Eminov 1990-1991-ci illərdə Qubadlı rayonun təmir — tikinti idarəsində mühəndis vəzifəsində işləyib.1994-cü ildən etibarən Təyyar Eminov  Qubadlı rayon icra hakimiyyətində  müvafiq  vəzifələrdə calışır. Bundan əlavə Təyyar Eminov 2004-cü ildən etibarən  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri vəzifəsində işləyir.

      O, Qubadlı rayon İcra Hakimiyyətində və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində işlədiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, eləcədə ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır. 44 günlük Vətən müharibəsi günlərində daim döyüşən ordumuzun və əsgərlərimizin yanında olub.

     Eminov Təyyar Vahid oğlu  Azərbaycan Ordusunuda xidmət etdiyi, Qubadlı rayonun İcra Hakimiyyətində  və AVMVİB Qubadlı rayonun şöbəsində işlədiyi müddət ərzində xüsusi fəriqləndiyinə görə Midafiə Nazirinin,  Rayon İcra Hakimiyyətinin Başçısının, hərbi hissə komandirinin əmirləri ilə  AVMVİB -nin isə İdarə heyətinin qərarı ilə müvafiq döş nişanları və xatirə medalları ilə təltif edilib, pul mükafatları ilə, fəxrı fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi ad günü münasibətiylə Təyyar Eminovu təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq. Düşməndən azad edilmiş Qubadlı torpaqlarında daha səmərəli fəaliyyət arzulayırıq!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Salman Musayev

Bu xəbəri paylaşın:
  • 93
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •