TƏBRİK: ADIGÖZƏLOV TOFİK QABİL OĞLU — 56

    Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin Rəhbərliyi və AVMVİB-nin sədr müavini polkovnik Salman Musayev müharibə veteranı ehtiyyatda olan mayor Adıgözəlov Töfiq Qabil oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı ailə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayiır.

    Töfiq Adıgözəlovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !

      Müharibə veteranı, ehtiyyatda olan mayor Adıgözəlov Töfiq Qabil oğlu 14 yanvar 1966-cı ildə Sumqayıt şəhərində anadan olub.

     1983-cü ildə Sumqayıt şəhərində 22 nömrəli orta məktəbi, 1988-ci ildə Amur Vilayətində Tank Komandirlər   Ali Hərbi  məktəbini bitirib. O,Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində bir çox metodiki təlim toplanışlarda, xüsusi- taktiki  təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

     1988-1991-ci illərdə Sovet ordusunun Vladikafqazda, 1991-1993-cü illərdə Azərbaycan Ordusunun Ağdamda ,1993-2000-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş  İdarəsinin   Ağdam, Füzuli, Xətai rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə taqım, böluk və tabor komandiri, Avtomobil və Zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini vəzifələrində xidmət edib.

     Peşəkarlığı və humanistliy ilə  seçiilən mənalı  ömürün ən məhsuldar dövrünün 16 ildən çox şərəfli xidmət yolunu hərbi xidmədə keçirən Töfiq Adıgözəlov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

     Azərbaycanın Suverenliyi və ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal  iştirak edib.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

       Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

   Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda,döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə,   şücaət  və fədakarlıq göstərdiyinə görə  SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından  Silahll Qüvvələrin yaranmasının 70- iliyi yubiley və Qüsursuz xidmətlərə görə 2-ci və 3-cü dərəcəli medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TÖFİQ!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: