Savaşçı Türk xanımları…

İllərdir Çanaqqala müharibəsi ilə bağlı araşdırmalar aparan Prof. Dr. Mete Tuncoku «Buz dağın altında» adlı son kitabına Anzak əsgərinin məktublarını daxil edib.

Məktub belədir:


«1915-ci il sentyabrın 8-də mən vurulduğum gün, bir snayper türk qızı pusquya düşsə də döyüşürdü. O, gizləndiyi yerdən atəş açdı və gün ərzində çoxlu adamlarımızı vurdu. Amma yenə də onun gün batmazdan əvvəl bir avstraliyalı tərəfindən vurulmasına üzüldüm. Olduqca gözəl, mütanasib bədən quruluşu olan və təxminən 19-21 yaşlarında gənc bir qızdı».


25 aprel 1915-ci il tarixli məktubdan:


O, gizləndiyi yerdən dayanmadan atəş açan bir türk qadın döyüşçüsü idi”.

Başqa bir rəvayət:


«Burada gizlənərək atəş açan snayperlərin əksəriyyəti özlərini yaşıl rəngə boyayaraq, ağaclara və kol-kos örtüyünə qarışan qadınlar və ya qızlar idilər.» (15 avqust 1915)


Gelibolu müharibəsinin kişilər müharibəsi olduğu düşünülürdü.

Tuncoku belə olmadığını, Çanaqqalada nənələrimizin də döyüşdüyünü açıqladı.


Bu, sadəcə bir kişilərin savaşı deyildi.


Türk qadını Çanaqqalada da türk kişi ilə birlikdə döyüşüb. Səngərdə güllə atmaqdan tutmuş, cəbhənin arxasında Mehmetçik üçün güllə düzəltməyə, paltar tikməyə qədər…

P.S. Bizdə də müharibədə döyüşlərdə igidlik göstərən qadılarımız az deyil və Azərbaycanda bu qadınların əlilliyini kəsən «kişilər»in sayı isə onların sayından daha çoxdur…

Bu xəbəri paylaşın: