Selçuk Bayraktardan Azərbaycana çağırış

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Texnofest” festivalı 26-29 may tarixlərində keçiriləcək.

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitter səhifəsində festivalla bağlı paylaşım edib.

“Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival — Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, — o, çağırış edib.

Qeyd edilib ki, müsabiqəyə son müraciət tarixi fevralın 17-dir.

Bu xəbəri paylaşın: