“Azərbaycan bizi 44 günə məhv etdi” — Tiqran Abramyan

“44 günlük müharibə göstərdi ki, peşəkar ordunun formalaşdırmaq çətin prosesdir. Bu müharibə eyforiyaya qapılan erməniləri yuxudan oyatdı “- bunu  Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan mətbuata açıqlamasında deyib.

“Müharibədə Azərbaycanın qalib gələcəyinə inanmırdıq. Mən o zaman öz fikirlərimi sələndirəndə mənə dəli adlandırırdılar. Çoxları hesab edirdi ki, indi 1992-ci ildir. Azərbaycan orduya külli midarda vəsait xərclədi və xeyrini gördü. Məhz bunun sayəsində Azərbaycan bizi 44 günə məhv etdi. İndi ordu formalaşdırmağın zamanıdır. Amma indi yenə orduda quldurlar peyda olub və ordunun qalan hissəsini də məhv edirlər.”- deyə Tiqran Abrahamyan bildirib.

Mənbə: Alp.az

Bu xəbəri paylaşın: