QARABAG SAVAŞINDA DAXİLİ QOŞUNLARIN QƏRARGAH RƏİSİ, İSTEFADA OLAN POLKOVNİK ZAHİD TEYMUROVUN AD GÜNÜDÜR!
Ən böyük arzusu uğrunda döyüşdüyü, həyatını qurban verməyə hazır olduğu Vətən torpaqlarını işğaldan tam azad görməkdir. Allah arzusuna çatdırsın!
Qeyd edim ki, 15.05.1955-ci ildə Füzuli şəhərində peşəkar zabit ailəsində dünyaya göz açıb. Onun babası lahıc Əli şəhər ağsaqqallarından biri idi. O, S.M.Kirov adına Füzuli şəhər rus orta məktəbini bitirərək Ali Hərbi Akademiyaya daxil olmuş və istefaya çıxanadək «paqon» daşımışdır.

Zahid müəllim 17 yaşında ikən Ali Hərbi Məktəbə daxil olanda heç ağlına gəlməzdi ki, taleyi və ya tutduğu yol onu sonda öz ana yurdu olan Füzuli torpaqlarını əvvəlcə qorumaq, sonra isə işgaldan azad etməyə hazırlayar. Polkovnik Teymurov, Azərbaycan DİN -nin Daxili Qoşunlarının Qərərgah rəisi işləyərkən Horadizin işğaldan azad edilməsi planının hazırlanması və həyata keçirilməsində həlledici rol oynamış şəxslərdən biridir. Bu uğurlu əməliyyatın baş tutmasında inkaredilməz xidmətləri vardır.
Leyla Həsənova
P.S. AVMVİB Rəhbərliyi və Fedai az kollektivi Zahid Teymurovu ad günü münasibətiylə təbrik edir, uzun ömür can sağlığı və zəfər müjdəli günlər arzulayır.
100 yaşayın, Zahid bəy!
Bütün gözəlliklər sizin olsun!






