Bu ilin 11- 16 may tarixlərində Ruminyanın Krayevo şəhərində doqquzuncu ənənvi dünya şeir festivalı keçirilməli idi,amma koronavirus səbəbiylə festivalın tarixi sonrakı aylara ertələnmişdi.
Təşkilat komitəsi Dünya şeir festivalını “Emunesku-Ovidiy “ adıyla avqust ayının 24-30 arası başaqa bir yerdə Ovidiyin uzun müddət sürgündə yaşadığı Qara dənizin sahillərində yerləşən Köstəncə şəhərində keçirməyi qərarlaşdırmışdır.Mihail Emunsku Dünya şeir festivalların daimi iştirakçısı olan həmyerlimiz şair Məmməd İsmayıl da Emunesku- Ovidiy Dünya şeir festivalına qatılacaq. Festivala hazırlıq mərhələsində Ruminyanın önəmli ədəbiyyat jurnallarından olan “Mozaicul “ son 2020 il dördüncü nömrəsini festival iştirakçılarının yaradıcılığına həsr etmişdir. Jurnalda həmyerlimizin geniş tərcümeyi-halına və Larisa Caramarovun tərcüməsində “Bu evin ruhu”,”Dilənçi” və “Məhkum” şeirlərinə yer vermişdir./Moderator/

