Argentinalı muzdlu snayperçi qızların Meşəlidə törətdiyi qətliam : 25 azərbaycanlı necə öldürüldü?

Heç kimə sirr deyil ki, Dağlıq Qarabağa Ermənistan tərəfindən vuruşan muzdlu hərbçilər, terrorçular azərbaycanlı qocaları, qadın və uşaqları hansısa ideya naminə yox, pul naminə qətlə yetiriblər. Azərbaycanlılara qarşı törədilən bu vəşhiliklərin sirasında Cənubi Amerikadan olan və özlərini «Çöl quşları» adlandıran snayperçi qızların Meşəlidə törətdiyi qətliam da var.

Araşdırmalarımıza görə erməni separatçıların Cənubi Amerika əyalətlərindən dəvət olunmuş muzdlu qrupları Qarabağ ərazəsində bir-birindən fərqli amansız qətllər törədib. Məsələn, 1990-cı il aprelin 24-dən 1991-ci ilin aprelin 24-dək nəşr olunan «Berd xəbərləri» qəzetinin (Kanada) hərbi müxbiri istefada olan mayor Suren Vartanyan yazdığı xəbərdə qeyd edir: «…Berddəki 01261 saylı hərbi qrup artıq hazır idi ki, Dağlıq Qarabağa yola düşsün. Bu azadlıq mücahidlərinə  Argentinadan gələn qızlar da qoşulmuşdu. Bu snayperçi qızların hamısı muzdla tutulmuşdu. Onlar hara gəldiklərini, nə üçün vuruşduqlarını anlamırdılar. Onlar din uğrunda, kilsələrin azadlığı uğrunda vuruşmaq üçün gəlmişdilər. Bu qızların maliyyə xərcləri Kanadada öz işini quran «Erməni Mərkəzi»nə aid idi . Onlar yaxşı vuruşurdular. Mən onların Əsgəranda, Meşəli ərazisindəki döyüşlərinin şahidi oldum. Mən bütün bunlar haqqında əlavə olaraq Axalkalakidəki «Ermənilərin birlik konfransı»nda məlumat verdim…».
 Meşəli kəndinə basqın edən bu vəhşi qrup heç kəsə aman vermədi. Məlumata görə Meşəlidə snayperlərini işə salan bu «Çöl quşları» (qrup özünə ad qoymuşdu) 25 nəfərin qətlinə fərman verdi:
1. 1927-ci ildə anadan olmuş Nurməmmədov Hüseyn Rza oğlu;
2. 1936-cı ildə anadan olmuş Nurməmmədova Pakizə Ġslam qızı;
3. 1967-ci ildə anadan olmuş İbadullayev Nadir Nəbi oğlu;
4. 1964-cü ildə anadan olmuş Mehralıyev Əli Mürsəl oğlu;
5. 1937-ci ildə anadan olmuş Novruzov Novruz Məhərrəm oğlu;
6. 1937-ci ildə anadan olmuş Novruzova Adilə Məhərrəm qızı;
7. 1971-ci ildə anadan olmuş Novruzov Allahverdi Novruz oğlu;
8. 1977-ci ildə anadan olmuş Novruzova Rübabə Novruz qızı;
9. 1975-ci ildə anadan olmuş Novruzova Rahilə Novruz qızı;
10. 1936-cı ildə anadan olmuş Quliyev Qənimət Əli oğlu;
11. 1969-cu ildə anadan olmuş Quliyeva Ruba Nağı qızı;
12. 1969-cu ildə anadan olmuş Quliyev İsmayıl Qənimət oğlu;
13. 1963-cü ildə anadan olmuş Quliyev Mətləb Qənimət oğlu;
14. 65 1937-ci ildə anadan olmuş Hümbətov Bəhlul Müseyib oğlu;

15. 1938-ci ildə anadan olmuş Kazımov Xəlil Mahmud oğlu;
16. 1977-ci ildə anadan olmuş Allahverdiyev Vidadi Müsül oğlu;
17. 1925-ci ildə anadan olmuş Qasımov Ənvər Bahadur oğlu;
18. 1936-cı ildə anadan olmuş Mahmudova Sürəyya AlıĢ qızı;
19. 1929-cu ildə anadan olmuş Sadıqov Əvəz Alış oğlu;
20. 1937-ci ildə anadan olmuş Sadıqova Qönçə Məmmədbağır qızı;

21. 1970-ci ildə anadan olmuş Rüstəmov Hidayət Eldar oğlu;
22. 1969-cu ildə anadan olmuş Ağayev Faiq Alış oğlu;
23. 1961-ci ildə anadan olmuş Əzimov Tahir Eyyub oğlu;
24. 1964-cü ildə anadan olmuş Mehralıyev Əli ġükür oğlu;
25. 1940-cı ildə anadan olmuş Orucov Miryusif Kərim oğlu; eləcə də, Milli Ordunun əsgərləri olan Kamil və Musa adlı şəxslər xüsusi amansızlıqla öldürüldü
.

Araşdırma materiallarına görə, muzdlu snayperçilərə vasitəçi və yaxud bələdçi olaraq insanların güllələnməsində iştirak edən ermənilərdən — Əsgəran rayonu, Badara kənd sakinləri Ernest Baxşiyeviç Sərkisyan, Armais Baxşiyeviç Sərkisyan, Benik Aslanoviç Kasparyan bu gün beynəlxalq axtarışdadır. Başqa bir məlumatda bildirilir ki, Armais Sərkisyan Kanada parlamentində çalışır .

News12.az-ın Araşdırma Qrupu (20-03-2018)

Bu xəbəri paylaşın: