Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi rəhbərliyi hər iki müharibənin iştirakçısı, döyüşçü İlham Həşimoğlu Quliyevi AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri, Beyləqan Özünümüdafiə batalyonunun sabiq komandiri Akif Həsənov döyüşçü İlham Quliyevin keçdiyi şərəfli döyüş yolundan danışdı.
İlham Quliyev 3 yanvar 1974-cü ildə Beyləqan rayonunda anadan olub. Onun döyüş yolu 1992-ci il Beyləqan Özünümüdafiə batalyonunun tərkibində həqiqi hərbi xidmətlə başlayıb. Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.
44 günlük Vətən müharibəsində isə Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Öz hərbi bilik və təcrübəsini döyüş dostları ilə bölüşüb. N saylı hərbi hissədə kəşfiyyatçı kimi döyüşlərə qatılıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov müharibə veteranını sədr Füzuli Rzaquliyevin adından AVMVİB — nin təsis etdiyi Xatirə medalıyla təltif edərək xoş arzularını bildirdi və təbrik etdi.
Vətən Sizə minnətdardır!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan




