TƏBRİK: MAYOR MƏMMƏDOV BƏHRUZ — 50

     Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ,dəqiqliyi və təmkinliyi ,sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən   ən məhsuldar  dövrünün 23 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş Müharibə Veteranı ehtiyatda olan mayor Məmmədov Bəhruz Nürəddin oğlunun mart ayının 2- də 50 yaşı tamam olur.

        Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyatda olan mayor Məmmədov Bəhruz Nürəddin oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

      Arzu edirik ki, Bəhruz Məmmədovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun olaraq onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !

    Müharibə veteranı ehtiyyatda olan mayor  Məmmədov Bəhruz Nurəddin oğlu 1972 — ci ildə mart ayının 2- də Lənkəran rayonunun Girdəni kəndində anadan olub.1979 — cü il sentyabr ayının 1- də Lənkəran rayonunun Girdəni kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1989 — cü ilin may ayınında həmin məktəbin 10-cu  sinifini bitirib.

        1989 — cü ilin avqust ayında Rusya Federasiyasının Kemerovo şəhərində yerləşən Rabitə Qoşunları marşalı İvan Terenteyeviç Peresipkin adına Kemerov Ali Hərbi Rabitə komandirləri məktəbinə daxil olmuş, 1992-ci iln may ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü təhlükədə olduğu üçün öz iradəsilə hərbi təhsilimi davam etdirmək üçün Bakı Ali Hərbi Birləşmiş komandilər məktəbinin rabitə fakültəsinə keçirilmişdir.1992-ci ildə avqust ayının 29 — da leytenant hərbi rütbəsini alıb.1993-cü ilin iyun ayının 2-də həmin məktəbi “Rabitə vasitələrinin istismarı üzrə mühəndis”  ixtisası üzrə bitirib. 1992-ci il sentyabr ayından -1993-cü ilin may ayına qədər Fizuli rayonunda yerləşən 702 saylı briqadada rabitə bölüyündə radio rabitə tağımının komandiri vəzifəsində xidmət edib. Fizuli rayonunun müdafiyəsi üzrə keçirilən döyüş əməliyyatlarında  iştirak etmişdir. 1993-cü ilin may ayından sentyabr ayına qədər 704 saylı briqadada rabitə rəsinin köməkçisi vəzifəsində xidmət etməklə Beyləqan və Ağcəbədi rayonları istiqamətində gedən döyüş əməliyyatlarında briqadanın naqil və radio rabitəsini təşkilini  təmin  etmişdir.

        1993-cü ilin sentyabr ayının 25-dən DİN-nin Daxili Qoşunların Lənkəran şəhərində yerləşən həbi  hissədə rabitə xidmətinin rəisi kimi hərbi xidmətə başlamışdır. 1994- cü ilin may – iyun aylarında həmin hərbi hissənin Horadiz istiqamətində döyüş xidməti aparan kəşfiyyat qrupunun komandirinin vəzifələrin yerinə yetirmişdir.

        2002-ci ilin dekabr ayından 2003-cü  ilin avqust ayınadək DİN-in Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən həbi hissədə rabitə və AİS xidmətinin rəisi kimi xidmət edib.

        2003-cü ilin avqust ayınadan dekabr ayınadək DİN-in Daxili Qoşunların Lənkəran şəhərində yerləşən həbi hissədə rabitə və AİS xidmətinin rəisi kimi xidmət edib.

        2003-cü ilin dekabr ayından  2008-ci ilin iyun ayına qədər DİN-in Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yerləşən həbi hissəsində Raitə və AİS xidmətinin rəisi kimi vəzifəsində olub.

        2008-ci ilin iyun ayından  2012 — ci ilin iuyn ayınadək DİN-in  Daxili Qoşunların Bərdə rayonunda yerləşən həbi hissədə rabitə və AİS xidmətinin rəisi vəzifəsində Vətənə,Xalqa və Dövlətə sədaqətlə xidmət edib. 2012 — ci ilin iyul  ayının 1-dən DİN-in Daxili Qoşunlarından silahlı qüvvələrə ehtiyata buraxılıb.

      2016-2018-ci illərdə Azərbaycan Respublikasının DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbində ”Ümumqoşun fənləri və atəş hazırlığı kafedrasında “Rabitə hazırlığı” fənni üzrə mülkü müəllim kimi çalışıb.

 O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Məmmədov Bəhruz Nurəddin oğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     Hərbi  xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə,  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə döyüş və xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi  fəriqləndiyinə görə Silahlı Qüvvələr Veteranı, «Qusrsuz xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10-illiyi və 90- illyi yubİley medalları ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BƏHRUZ BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: