İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliy,işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidməti yolunu hərbi Daxili Qoşunlarda keçirmiş Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Əhmədov Nadir Adil oğlunun mart ayının 9 — da 53 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Əhmədov Nadir Adil oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Nadir Əhmədovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Əhmədov Nadir Adıl oğlu 9 mart 1969 -cu ildə Bakı şəhərində dünyaya göz açıb.
1986-cı ildə Bakı şəhər 60 saylı məktəbi, 1991- ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Permski şəhərində yerləşən Ali Hərbi məktəbi, 1998 — ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu, 2005 -ci ildə Türkiyə Silahlı Qüvvələrində «Briqada Komandiri vəzifəsi üzrə» ixtisas artırma kursnu bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə , nümunəvi — göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1991 -ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Tacikistan Respublikasının Düşənbə şəhərində yerləşən hərbi hissəsində taqım komandiri, 1992- 2013 -cü illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Binəqədi və Quba rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandiri, döyüş hazırlığı bölməsində zabit, tabor komandirinin müavini- taborun qərargah rəisi, Döyüş Hazırlığı bölməsinin rəisi, tabor komandiri, hərbı hissə komandirinin müavinini — Qərargah rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Nadir Adil oğlu Əhmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam Füzuli və Qubadlı rayonları istqamətində) gedən döyüşlərdə fəal iştirak edib .
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində,cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,
Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbbi fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Silahlı Qüvvələr Veteranı, Qüsursuz Xidmətlərə görə 1-ci, 2-c və 3 dərəcəli , Silahlı Qüvvələrin yaranmasının isə 10 illiyi, 90-illyi və 95-illiyi yubiley medalları ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NADİR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev








