Rusiya qoşunları Donetsk vilayətinin Kramatorsk rayonuna «İsgəndər» taktiki raket kompleksini atıb.
Ukrayna Milli Polisinin mətbuat mərkəzinin yaydığı məlumatda ilkin olaraq itkilərin olmadığı bildirilib.
«Bu gün səhər, martın 9-da Kramatorsk istiqamətində Rusiya işğalçı qoşunları «İsgəndər» kompleksindən raket atıblar. Raket vurulub, onun qalıqları Yasnoqorka şəhərinin «Şpıçkinou» stansiyasının ərazisinə düşüb. İlkin məlumata görə, itki yoxdur», — məlumatda deyilir
Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə iri miqyaslı hücuma başlayıb
Ukrayna mediasının verdiyi xəbərə görə, Rusiya hərbçiləri Ukraynanın Nikolayev şəhərinə 3 istiqamətdə iri miqyaslı hücuma keçib.
Məlumata görə, Rusiya hərbçiləri şəhərə əsasən Xerson şəhəri tərəfdən, Nikolayev aeroportu istiqamətində hücuma başlayıblar.
Rusiya ordusuna məxsus digər hərbi qrup Krovoqrad şəhəri istiqamətində, başqa qrup isə Baştanka adlanan ərazi istiqamətində hücuma keçib. Şəhər mühasirəyə alınıb. Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya hərbçilərinə qarşı ciddi müqavimət göstərır.
