PAŞİNYAN «DAYISINA» AZƏRBAYCANDAN ŞİKAYƏTLƏNDİ

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

“Paşinyan vəziyyəti gərginləşdirmək üçün istənilən cəhdləri qəbuledilməz sayıb və qeyd edib ki, Azərbaycan həm Artsaxda, həm də Ermənistan-Azərbaycan sərhədində təxribat xarakterli hərəkətləri davam etdirir, nəticədə martın 7-də Ermənistan tərəfində bir nəfər həlak olub”, — newsarmenia.am yazır.

O da qeyd olunur ki, görüşdə 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsi istiqamətində müzakirələr də aparılıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin martın 7-də guya hərbçilərimizin bir erməni əsgəri öldürdüyü haqda iddiasını təkzib edib və bunu düşmən ölkənin növəbti təxribat xarakterli əməli kimi xarakterizə edib.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: