Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik leytenant Tahirov Rac Nüsrət oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Rac Tahirovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !
Polkovnik-leytenant Tahirov Rac Nüsrət oğlu 24 mart 1963- cı ildə Qazaxıstan Respublikasının Şimkənd vilayətində anadan olub.
Rac Nüsrət oğlu Tahirov 1980 -ci ildə Qazaxıstan Respublikasının Şimkənd orta məktəbini, 1990-cu ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Qazaxıstan Respublikasının Karağanda vilayətində yerləşən Ali milis məktəbini bitirib.
1983- 1985- ci ildə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub .
1991-1994-ci illərdə Qazaxıstan Respublikasının Şimkənd vilayətində yerləşən DİN- in Polis İdarəsində müxtəlif vəzifələrdə, 1995 -2012-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin (DQBİ-nin) Mənəvi — pisxoloji hazırlığı şöbəsində və DQBİ- Növbətci xidmətində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Növbətci Xidmətinin rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində,cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,
Fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Silahlı Qüvvələr Veteranı ehtiyatda olan polkovnik- leytenant Tahirov Rac Nüsrət oğlu peşəkarlığı və humanistliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömrünün ən məhsuldar dövrünün 29 ildən çox xidmət yolunu Daxili İşlər orqanlarında və hərbi xidmətdə keçirib.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə , xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə, Silahlı Qüvvələrin Veteranı, Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10 — illiyi , 90 — illiyi və 95 -illyi yubiley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAC BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müavini polkovnik Salman Musayev







