Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, mənəvi və işgüzar keyfiyyəti, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi,təvazökarlığı və qeyrəti ,vətənpərvərliyi və insanpərvərliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömürünün ən məhsuldar dövrünün 21 ildən çox ilini hərbi xidmətdə keçirmiş müharibə veteranı, ehtiyatda olan mayor Əliyev Həsən Əli oğlunun mart ayının 25- də 52 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin müavini polkovnik Salman Musayev,Müharibə Veteranı ehtiyatda olan mayor Əliyev Həsən Əli oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Həsən Əliyevın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.Amin!
Müharibə Veteranı ehtiyatda olan mayor Əliyev Həsən Əli oğlu 1970- ci ildə mart ayının 25 — də Naxçıvan Muxtar Respublikasının ən səfalı rayonlarında biri olan Şahbuz rayonunun Badamlı qəsəbəsində zəhmətkeş ailədə anadan olub.
1987 -ci ildə Naxçıvan Müxtar Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsində orta məktəbi, 1990- cu ildə SSRİ Müdafiə Nazirliyinin Almaniyada yerləşən gizirlər məktəbini ( tank komandiri ixtisası üzrə), 1998 — ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu (bölük komandiri ixtisası üzrə) bitirib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki -təlim toplanışlarında , təlimlərdə, qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
1988 — 1990 ci illərdə Sovet ordusunun Almaniyada yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.1990-cu illdən 1992 -ci ilin iyul ayına kimi Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrində tank komandiri və bölüyün baş cavuşu vəzifəsində işləyib.
1992 -ci ilin avqust ayından 2009 — cu ilin iyul ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Xaçmaz, (Yalama qəsəbəsində), Quba, Binəqədi və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində, AİS xidməti üzrə texnik, taqım komandiri, əlahiddə xüsusi təyinatlı taqım komandiri, Bölük komandiri, Alayın fiziki hazırlıq və idman rəisi, Alayın Kimya xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,
Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə , «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-illiyi və 90-illiyi yubileyi medallarl ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, HƏSƏN BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Dərin hörmətlə; Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev



