ABŞ Prezidenti Co Bayden bir daha rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar” hesab etdiyini bildirib.
ABŞ prezidentinin eyni məzmunlu əvvəlki açıqlamalarını şərh edən Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısının bu cür ritorikasını qəbuledilməz və bağışlanmaz adlandırıb.
Polşa-Ukrayna sərhədinə səfər edən C. Bayden bildirib:
“Bizim üçün ən vacib şey lap əvvəldən demokratiyalarımızı qorumaq və açıq desəm, hərbi cinayətkar hesab etdiyim bir insanın əli ilə baş verən dağıntıları dayandırmaq üçün səyləri davam etdirməkdir. Düşünürəm ki, bu, onun əməlinin hüquqi tərifinə də uyğun olacaq”.
Mənbə: Gundem.az
Bu xəbəri paylaşın:
